“Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi Qrupunun növbəti iclası keçirilib

image

“Elektromobillik üzrə Milli Planın hazırlanması” məqsədilə Energetika Nazirliyinin Əmri ilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (BOEMDA) istinadən xəbər verir.

BOEMDA-nın direktoru Cavid Abdullayev Milli Planın ilkin layihəsinin hazır olduğunu, rəy və təkliflərin alınması məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq qaydada təqdim edildiyini bildirib.

Daha sonra, “Turan Energy” şirkətinin nümayəndəsi tərəfindən sözügedən sənədin ilkin layihəsinin təqdimatı baş tutub.

Layihəyə əsasən elektromobilliyin 1-ci mərhələdə dövlət-özəl əməkdaşlığı çərçivəsində, 2-ci mərhələdə isə özəl sektorun hesabına inkişaf etdirilməsinin nəzərdə tutulduğu bildirilib. Bu sahədə həyata keçiriləcək tədbirlərin liberal bazara keçidin prinsipləri nəzərə alınmaqla icra ediləcəyi diqqətə çatdırılıb.

İclasda İşçi Qrupuna daxil olan və digər aidiyyəti qurumların nümayəndələri də iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *