Ember: 2021-ci ildə külək və günəş enerjisi qlobal enerji istehsalının 10 faizini qarşılayıb

image

2021-ci ildə külək və günəş enerjisindən elektrik istehsalı 17 faiz artıb.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə “Ember”in dərc etdiyi “Qlobal Elektrik Baxışı” hesabatında bildirilir.

Britaniyanın “Ember” analitik şirkətinin hesabatına görə, ötən il dünyada elektrik istehsalının 38 faizi təmiz enerji mənbələrindən olub.

Ötən il dünyanın 50 ölkəsində elektrik istehsalında külək və günəş enerjisinin payı 10 faiz olub. Çin, Yaponiya, Monqolustan, Vyetnam, Argentina, Macarıstan və Salvador ilk dəfə olaraq bu səviyyəyə çatıb.

Qeyd edək ki, 2015-ci il Paris İqlim Sazişinin 2100-cü ilədək planetdə orta illik temperatur artımını 1,5 dərəcə daxilində saxlamaq məqsədinə çatmaq üçün külək və günəş enerjisinin istehsalı 2030-cu ilə qədər hər il 20 faiz artmalıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *