2015-ci ildə Paris İqlim Sazişi imzalanandan bəri külək və günəş enerjisinin payı elektrik enerjisi istehsalında iki dəfə artıb.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə iqlim və enerji sektorunda fəaliyyət göstərən “Ember” konsaltinq şirkətinin hesabatında bildirilib.
Araşdırmaya görə, digər bərpa olunan enerji mənbələri nəzərə alındıqda, 2021-ci ildə dünyada elektrik enerjisi istehsalının 38 %-i “yaşıl enerji” mənbələri hesabına həyata keçirilib.
Rəylər (0):