Bu ilin 5 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisinin istehsalı 2,9 % artaraq 11 milyard 244,2 milyon kVt-saat təşkil edib.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.
"Bu dövrdə ixrac 538,4 milyon kVt-saat, idxal isə 60,5 milyon kVt-saat olub", - nazir qeyd edib.
Rəylər (0):