Energetika nazirinin müavini Pakistan Mineral İnvestisiya Sammitində çıxış edib

image

Energetika nazirinin müavini Kamal Abbasov və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İslamabad şəhərində keçirilən Pakistan Mineral İnvestisiya Sammiti: “Tozdan İnkişafa” adlı beynəlxalq tədbirdə iştirak edib.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, "Faydalı qazıntılar sənayesinin inkişafı və dayanıqlı idarəetmə" adlı nazirlər sessiyasında çıxış edən nazir müavini Azərbaycanın neft-qaz sənayesinin inkişafı, hasilat həcmləri, ixrac dinamikası və gələcək planlar haqqında məlumat verib, ölkəmizin qlobal yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə töhfələrindən danışıb. 

Səfər çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu ölkənin Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüşüb.

Bir sıra digər ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *