Pakistan şirkətləri Azərbaycanda həyata keçiriləcək bərpa olunan enerji hərraclarında iştiraka dəvət edilib

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Pakistanda səfərdədir.

Renewables.az-a AREA-dan verilən məlumata görə, səfər çərçivəsində Pakistanın Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüş keçirilib. Görüşdə Azərbaycanın bərpa olunan enerji potensialı, bu potensialın reallaşdırılması üzrə həyata keçirilən tədbirlər və ixrac imkanları diqqətə çatdırılıb. Pakistan şirkətləri gələcəkdə həyata keçiriləcək bərpa olunan enerji hərraclarında iştiraka dəvət edilib. Şah Cahan Mirzə Pakistanın energetika sahəsindəki islahatlar, bərpa olunan enerji sahəsinin inkişafı barədə məlumat verib.

AREA-nın direktoru sabah keçiriləcək Mineral İnvestisiya Sammitində iştirak edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *