Energetika Nazirliyi müxtəlif istiqamətlərdə təkliflər sorğusu elan edib

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi “Elektromobillik üzrə Milli Planın hazırlanması”na aid işin satınalınmasına dair, “Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsi”nə dair, Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik baxımından ayrılması üzrə müvafiq sahədə təkliflər layihəsinin hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair”, “Hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi və bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair”, Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi üzrə pilot layihələrin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair və Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində ölçmə və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi işinin satınalınmasına dair keçirilən Təkliflər sorğusuna dəvət edir.

Daha ətraflı məlumatı etender.gov.az internet səhifəsindən ala bilərsiniz. 

Maraqlanan təşkilatlar aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

Əlaqələndirici şəxs: Leyla Adıgözəlbəyova

Əlaqə nömrəsi: +(99412) 598 16 53/54 (daxili 1034)

Faks: +(99412) 598 16 78

Əlaqələndirici şəxsin e-maili: leyla.adigozelbeyova@minenergy.gov.az

Satınalan təşkilatın ünvanı: AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *