"Energy School" layihəsi gənclərə bərpa olunan enerji sahəsində təcrübə təklif edir

image

Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin Azərbaycan bölməsi (Society of Petroleum Engineers Azerbaijan) "Energy School" proqramı gənclərə bərpa olunan enerji sahəsi üzrə təcrübə proqramı təklif edir.

Renewables.az-ın media dəstəyi ilə keçirilən "Energy School" proqramında iştirakçılar sahə ekspertlərinin rəhbərliyi ilə praktiki sessiyalar, tədqiqatlar, müzakirələr aparacaqlar, bununla yanaşı elektrik stansiyalarına da səfər etmək imkanını əldə edəcəklər.

7 ay davam edəcək proqramda, bərpa olunan enerji sahəsində 7 əsas mövzuda təcrübə əldə etmək imkanı təqdim edir: "Günəş Enerjisi", "Külək Enerjisi", "Enerjinin Saxlanması və Şəbəkə İnteqrasiyası", "Biokütlə", "Hidrogen", "Karbondioksit Tutma, İstifadə və Saxlanma" və "Geotermal Enerji".

Layihədə iştirak üçün STEM sahəsində 3-cü və 4-cü kurs bakalavrlar, magistrantlar və 5 ildən az təcrübəyə sahib olan gənclər seçilir.

Mövcud info-sessiyalara qoşulmaq üçün buradan qeydiyyatdan keçin. Proqrama qeydiyyat üçün buraya daxil olun. Qeydiyyat üçün son tarix: 5 oktyabr.


 

Rəylər (4):

  1. Mən Muradov Sabit. ADNSU da Energetika mühəndislik ixtisasında oxuyuram. Bu sahəyə maraqım böyük olduğu üçün sizə müraciət edirəm. Güman edirəm müraciətimi tez bir zamanda dəyərləndirərsiniz. Sizin Programda iştirak etmək istərdim. Hər şey üçün minnətdaram!

  2. Belə bir təcrübədə iştirak etməyi hər kəs istəyər. Bu şansı dəyərləndirmək istəyirəm

  3. Təcrübə proqramında iştirak etmək istəyirəm

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *