Evin damında günəş paneli quraşdırarkən nələrə diqqət etməliyik? – VİDEO

image

Gücü 150 kVt-a qədər olan günəş enerjisi sistemləri quraşdırmaqla aktiv istehlakçının dəstəklənməsi mexanizmindən faydalanmaq olar.

Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin hazırladığı "Evin damında günəş paneli quraşdırarkən nələrə diqqət etməliyik?" maarifləndirci videoçarxda qeyd olunub.

Bildirilir ki, orta hesabla 3-5 kVt gücündə enerji sistemi bir evin elektrik ehtiyacını qarşılayır. Bunları nəzərə alaraq istifadə ediləcək günəş panellərinin sayı müəyyənləşdirilməlidir. Panellərin üzərinə kölgə düşməməsi üçün ətrafda hündür ağac və tikililərin olmadığına əmin olmaq lazımdır.

Daha çox günəş şüası qəbul etsin deyə, panellər cənub istiqamətində quraşdırılmalıdır. Günəş şüası səthə 90° bucaq altında düşdükdə maksimum enerji istehsal edildiyi nəzərə alınmalıdır.

Məlumata görə, 1 kVt-lıq sistem üçün orta hesabla 8 m2 sahə tələbini və 1 m2 səthə 10 kq yük düşdüyünü bilərək damın sahəsini və yükgötürmə qabiliyyəti hesablanmalıdır. Düz damlarda alüminium profil konstruksiyalardan istifadə edilməlidir. Belə hallarda panellər 30-45° maili bucaq altında quraşdırıla bilər.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində əhalinin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində maarifləndirilməsi, aktiv istehlakçılara dəstək məqsədilə "Yaşıl gələcəyin qurulmasında hər birimiz iştirak edək!" devizi altında maarifləndirici məlumatlar hazırlanır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *