2024-cü ildə Gürcüstanda “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin altıncı iclası keçiriləcək.
Renewables.az-ın Energetika Nazirliyinə istinadən xəbərinə görə, qərar bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə keçirilmiş nazirlərin beşinci iclasında verilib.
Rəylər (0):