Goranboyun Eyvazlılar kənd orta məktəbi günəş panelləri ilə isidiləcək və işıqlandırılacaq.
Renewables.az “Report”a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyinin layihəsi çərçivəsində təhsil ocağının həyətində 80 ədəd günəş paneli quraşdırılıb.
Bu panellər vasitəsilə həmçinin məktəbi isitmək də mümkün olacaq. Belə ki, siniflərdə buna uyğun istilik sistemləri quraşdırılıb.
İşlərin yaxın günlərdə yekunlaşacağı bildirilib.
Qeyd edək ki, quraşdırılan 80 ədəd günəş panelindən 50 kilovatt-saata yaxın enerji almaq mümkün olacaq.
Rəylər (0):