Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1109,7 mln. kVt-saat artaraq 18612,4 mln kVt-saat olub.
"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust aylarında respublikanın günəş elektrik stansiyalarında 38,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
GES-lərdə yanvar-avqust ayları ərzində elektrik enerjisinin istehsalı Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 35,0 mln. kVt-saat təşkil edib.
Rəylər (0):