Günəş elektrik stansiyalarında istehsal olunan enerjinin həcmi açıqlanıb

image

2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2639,03 mln. kVt-saat olub. 

"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyul aylarında respublikanın günəş elektrik stansiyalarında 32,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

GES-lərdə yanvar-iyul ayları ərzində elektrik enerjisinin istehsalı Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,5 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *