Günəş elektrik stansiyası üzrə keçirilən ilk hərrac özəl və xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır

image

Yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq keçirilən hərrac sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır.

Renewables.az Energetika Nazirliyə istinadən xəbər verir ki, açıq auksion formasında 2 mərhələdə həyata keçirilən hərrac elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən az 30 faizə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması, ölkəmizin COP29-a ev sahibliyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biridir.

Qeyd edək ki, hərracda birinci mərhələ ixtisas uyğunluğunun müəyyənləşdirilməsidir və iştirak etmək istəyən şirkətlər 30 aprel 2024-cü il tarixindən etibarən auction@area.gov.az elektron poçt ünvanı vasitəsilə ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etməlidirlər. Sənəd müraciət etmiş şirkətlərə 7 may 2024-cü il tarixindən başlayaraq təqdim ediləcəkdir. Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları 14 iyun 2024-cü il tarixinə qədər təqdim etməlidirlər. Birinci mərhələ 12 iyul 2024-cü il tarixində yekunlaşır.

Xatırladaq ki, Energetika Nazirliyi 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *