Günəş enerjisi istehsalının 91,4 %-i Naxçıvandakı GES-lərdən olub
Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ildə Azərbaycanda günəş enerjisi istehsalı 60,9 mln. kVt-saat təşkil edib ki, bu göstərici 2021-ci illə müqayisədə 5,7 mln. kVt-saat çoxdur.
"Renewables.az" xəbər verir ki, bu göstərici Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə Günəş Elektrik Stansiyalarında 56,41 mln. kVt-saat təşkil edib və bu da 2021-ci illə müqayisədə 5,21 mln. kVt-saat çoxdur.
Qeyd edək ki, Azərbaycanın GES-lərində istehsal olunan elektrik enerjisinin 91,4 faizi Naxçıvan GES-lərinin payına düşüb.
Rəylər (0):