Qlobal külək enerjisində yeni güclərin 2022-ci ilə qədər 162 min MVt-a çatacağı gözlənilir.
"Berpaolunanenerji.az" bu barədə Beynəlxalq Enerji Agentliyinin "Bərpa Olunan Enerji Bazarı Yenilənməsi 2021" hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, günəş enerjisi sektorundakı inkişaf, yeni güclərin əlavə olunması rekordları yeniləməyə davam edəcək. Qlobal yeni günəş enerji güclərinin 162 min MVt-a çatması gözlənilir. Bu da 2019-cu ilin post-pandemiya səviyyəsi ilə müqayisədə 50 % çoxdur.
Hesabatda, ötən il qlobal günəş enerjisinin qoyuluş gücünün 2019-cu ilə nisbətən 23 % və ya 135 min MVt artaraq 737 min MVt-a yüksəldiyi bildirilir.
Rəylər (0):