Günəş enerjisi yatırımları 3 qat artdı – HESABAT

image

“Mercom Capital Group” tərəfindən hazırlanan hesabata görə, dünya miqyasında, şirkətlərin günəş enerjisi layihələrinə qoyduqları sərmayənin miqdarı 3 qat artıb.

“Berpaolunanenerji.az” “Mercom Capital Group”a istinadən xəbər verir ki, cari ilin ilk yarısında, günəş enerjisinə qoyulan sərmayənin miqdarı 3 qat artaraq 13,5 milyard dollara çatıb.

Bu artım, ötən ilin müvafiq dövrünə nisbətən 193 % çoxdur. Qeyd edək ki, 2020-ci ilin ilk yarısında günəş enerjisi layihələrinə 4,5 milyard dollar sərmayə yatırılıb.

“Mercom Capital Group”un baş icraçı direktoru Raj Prabhu hesabatla bağlı açıqlamasında bildirib:

“Günəş enerjisi sərmayələrinin artması, neft və qaz şirkətlərinin bərpaolunan enerji mənbələrinə istiqamətlənməsi, fondların bərpaolunan enerji layihələrini satın alması önəmli dərəcədə artdı. Günəş enerjisi layihələrinin satın alınması ikinci rübdə rekord səviyyəyə çatdı”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *