Günəş panellərindən 200 dəfə daha səmərəli fotonik enerji sistemi hazırlanıb

image

WAWA (ABŞ) şirkəti müasir fotovoltaik elementlərin analoqu kimi xidmət edə biləcək innovativ qurğular hazırlayıb.

Renewables.az-ın Tedroid-ə istinadən məlumatına görə, bu barədə "The Cooldоwn" nəşri paylaşım edib.

Belə ki, ölçüsü 2,54 sm-dən təxminən 10,16 sm-ə qədər olan kiçik kürələr elektrik enerjisi yaratmaq üçün yayılan işıqla yanaşı günəş işığından da istifadə edə bilir. Baş icraçı direktor Sherin Chen-in dediyinə görə, fotonik enerji sistemi adlanan texnologiya hazırda naməlum qabaqcıl materiallardan bir neçə qat istifadə edir. Beləliklə, yeni kürə şəkilli enerji sistemi günəş panellərini qabaqlayaraq ondan 200 dəfə daha yaxşı hesab olunur.

Hər bir sferanın adi günəş modullarından bir neçə dəfə üstün xüsusiyyəti mövcuddur. Tədqiqatçının sözlərinə görə, onlar 30 dəfə böyükdür, eyni zamanda fotovoltaik elementlərdən 200 dəfə güclü və həmçinin mövcud modullardan 7,5 dəfə güclüdür. Kürələr işığı elektrik enerjisinə çevirən sistemin bir hissəsi olan yastı formalı qurğuya yerləşdirilib. Maraqlısı budur ki, bu sistemin fəaliyyəti üçün heç bir xarici batareya əlaqəsi tələb olunmur. Yəni yeni sistem avtonom batareya sisteminə sahibdir. Sadəcə bunun üçün sistemə yan elektrik təchizatı bağlamaq lazımdır. Fotonik enerji sistemi planşet və smartfonları da asanlıqla şarj edə bilir.

Chen bildirir ki, 20 kürənin bir avtomobildə sınaqdan keçirildiyi bildirilir. Əgər texnologiya iddia edilən gücü həqiqətən istehsal edə bilsə, bu, günəş enerjisi sahəsində böyük bir irəliləyiş olacaq. Paylaşılan videoya görə, yeni kürə şəkilli sistem ənənəvi günəş panellərindən 200 dəfə güclü olacaq. Şirkətin internet saytında verilən məlumata görə, şirkət bu texnologiyadan enerji təchizatı qurğularından sənaye obyektlərinə qədər müxtəlif tətbiqlərdə istifadə etməyə başlamaq üçün tərəfdaşlar axtarır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *