GWEC: 2022-ci ildə 8,8 QVt gücündə dənizdə külək elektrik stansiyaları şəbəkəyə qoşulub

image

2022-ci ildə dünyada dənizdə külək enerjisinin gücü 64,3 QVt-a çatıb.

Renewables.az xəbər verir ki, bu barədə Qlobal Külək Enerjisi Birliyinin (GWEC) "Dənizdə Külək Enerjisi 2023" hesabatında bildirilir.

Hesabata görə, bu güc ümumi külək enerjisi gücünün 7,1 %-ni təşkil edib.

Hesabatda bildirilir ki, 2022-ci ildə 8,8 QVt gücündə dənizdə külək elektrik stansiyaları şəbəkəyə qoşulub ki, bu da 16 % artım deməkdir. Növbəti on ildə (2023-2032) 380 QVt-dan çox dənizdə külək enerjisi gücünün istifadəyə veriləcəyi, bununla da 2032-ci ildə dənizdə külək enerjisi gücünün 447 QVt-a çatacağı proqnozlaşdırılır.

Dənizdə quraşdırılan yeni (2022-ci ildə) külək enerjisi güclərinin ölkələr üzrə payı aşağıdakı kimi olub:

  • Çin: 57,6 %; 

  • Birləşmiş Krallıq: 13,4 %;

  • Tayvan: 13,4 %;

  • Fransa: 5,5 %;

  • Niderland: 4,2 %;

  • Almaniya: 3,9 %;

  • Norveç: 2 %.

Beləliklə, 2022-ci ildə dənizdə külək enerjisi güclərinin 72 %-i Asiya-Sakit okean regionunda, 28 %-i isə Avropada quraşdırılıb.

Ümumi dənizdə külək enerjisi gücünə görə ölkələrin pay siyahısı belədir:

  • Çin: 48,9 %;

  • Birləşmiş Krallıq: 21,6 %;

  • Almaniya: 12,5 %;

  • Niderland: 4,4 %;

  • Danimarka: 3,6 %;

  • Digər ölkələr: 9 %.

Ümumi dənizdə külək enerjisi gücünün 52,9 %-i Asiya-Sakit okean regionunda, 47,1 %-i Avropada, 0,1 %-i isə Şimali Amerikada quraşdırılıb.

Xatırladaq ki, Azərbaycanın dənizdə külək enerjisi potensialı 157 QVt-dır. Dənizdə külək enerjisi layihələrinin icrası məqsədilə xarici investorlarla müqavilələr imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *