GWEC: 2027-ci ilədək külək enerjisi üzrə 600 min texniki işçiyə ehtiyac olacaq

image

2027-ci ilədək külək enerjisi üzrə 600 min texniki işçiyə ehtiyac olacaq. Təhsilli külək texniklərinin sayı 2022-ci ildəki 489,600-dən 2027-ci ildə 574,200-ə qədər 17 % artacaq.

Renewables.az xəbər verir ki, bu barədə Qlobal Külək Enerjisi Birliyi (GWEC) və Qlobal Külək Təşkilatı (GWO) tərəfindən hazırlanan hesabatda bildirilir.

2027-ci ilin sonuna qədər qlobal külək enerjisinin qoyuluş gücü təxminən 1 581 QVt olacaq. Yeni külək texnik işçilərinin sayının 2023-cü ildən 2027-ci ilə qədər ildə orta hesabla 48,800 nəfər artacağı gözlənilir.

2022-ci ilin sonunda 145 min texnik (təxmin edilən işçi qüvvəsinin 30 %-i) GWO-nun Əsas Təhlükəsizlik Təliminin (BST) Standartından ən azı bir etibarlı sertifikata sahib idi. Bu o deməkdir ki, 2023-cü ildən 2027-ci ilə qədər əlavə 429,200 texniki işçinin külək sənayesi üzrə təlimə ehtiyacı olacaq.

Bu texniki işçilərin 80 %-dən çoxu 10 ölkədə tələb olunacaq: Avstraliya, Braziliya, Çin, Kolumbiya, Misir, Hindistan, Yaponiya, Keniya, Cənubi Koreya və ABŞ. Ümumi texniki işçi qüvvəsi quru ilə müqayisədə (2027-ci ildə 2022-ci ilə nisbətən 12 % daha çox) dənizdə sürətlə artacaq (2027-ci ildə 2022-ci ilə nisbətən 79 % çox). 2027-ci ilə qədər texniki işçilərin 87 %-i quruda, əsasən (və getdikcə daha çox) əməliyyat və idarəetmə seqmentində işləyəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *