Afrika qitəsində külək enerjisinin qoyuluş gücü 9 QVt təşkil edir.
Renewables.az xəbər verir ki, bu barədə Qlobal Külək Enerjisi Birliyinin (GWEC) "The Status Of Wind In Africa" hesabatında bildirilir.
Hesabatda bildirilir ki, qitədə əsas külək enerjisi istehsalçıları Cənubi Afrika Respublikası (CAR), Mərakeş, Misir, Keniya, Efiopiya və Tunisdir.
Külək enerjisinin qoyuluş gücü Şimali Afrikada 4,1 QVt, Cənubi Afrikada 3,6 QVt, Şərqi Afrikada 950 MVt, Qərbi Afrikada isə 296 MVt təşkil edir (Mərkəzi Asiya 0 MVt).
Bundan əlavə, Afrikada ümumi gücü 86 QVt olan 140 külək enerjisi layihəsinin icrası planlaşdırılır. Külək elektrik stansiyaları Anqola, Çad, Mali, Qana, Sudan, Niger, Madaqaskar, Uqanda, Zambiya kimi külək enerji potensialı yüksək olan ölkələrdə tikiləcək.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə Afrikada külək enerjisinin texniki potensialı 461 QVt-dır. Əlcəzair, Efiopiya, Namibiya və Mavritaniyanın ən böyük potensiala malik olduğu bildirilir.
Qitədə qoyuluş gücünə görə ən güclü stansiyalar Misirdə yerləşən Cabal əl-Zeit (580 MVt) və Zəfərana (544 MVt) külək elektrik stansiyalarıdır.
Rəylər (0):