2021-ci ildə dənizüstü külək enerjisi sektoru 21 100 MVt və ya 58 % artıb.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə Qlobal Külək Enerjisi Şurası (Global Wind Energy Council - GWEC) tərəfindən dərc olunan “Qlobal Dənizüstü Külək Enerjisi Hesabatı”nda bildirilir.
Hesabata görə, ötən il sektor üzrə qoyuluş gücündə 21 100 MVt-lıq rekord artım qeydə alınıb. 2030-cu ilə qədər 260 QVt yeni gücün əlavə ediləcəyi proqnozlaşdırılır ki, bununla qoyuluş gücünün 316 QVt-a çatacağı gözlənilir.
Hazırda bazar payı 49,5 % olan Avropa sektor üzrə liderdir.
Qoyuluş gücündə çox artım Çində qeydə alınıb. Belə ki, ötən il quraşdırılan yeni güclərin 80 %-i Çində quraşdırılıb.
Hesabatda bildirilir ki, bu il Asiya daha çox yeni güc əlavə edəcək və hazırki lider Avropanı qabaqlayacaq.
Qeyd edək ki, Böyük Britaniyanın Şimal dənizi sahillərində 1 300 MVt gücündə dünyanın ən böyük dənizüstü külək elektrik stansiyası olan "Hornsea 2" istifadəyə verilib.
Rəylər (0):