2023-cü ildə dünyada quraşdırılan külək turbinlərinin gücü 117 QVt təşkil edib.
Renewables.az xəbər verir ki, bu barədə Qlobal Külək Enerjisi Birliyi (GWEC) tərəfindən hazırlanan hesabatda bildirilib.
Hesabata görə, bu göstərici 2022-ci illə müqayisədə 50 faiz artıb. İlk dəfə 54 ölkə külək turbinləri quraşdırıb.
Qeyd olunub ki, il ərzində quruda quraşdırılan külək gücləri ilk dəfə 100 QVt həddini keçərək 106 QVt təşkil edib ki, bu da 54 faiz artım deməkdir. Dənizdə quraşdırılan güc isə 10,8 QVt təşkil edib.
Külək enerjisi üzrə güc artımı ən çox Çin, ABŞ, Braziliya, Almaniya və Hindistanda reallaşıb. Təkcə Çində 75 QVt gücündə külək turbinləri quraşdırılıb ki, bu da illik artımın 65 faizidir. Bu da öz növbəsində Asiya-Sakit okean regionunun 106 faizlik rekord artımına səbəb olub.
Latın Amerikasında da rekord nəticə qeydə alınıb - illik 21 faiz artım. Regiona Braziliya başçılıq edib - 4,8 QVt yeni külək gücü artımı ilə. Afrika və Yaxın Şərqdə külək enerjisi gücü 182 faiz artıb.
Rəylər (0):