Qlobal külək enerjisi gücü 837 451 MVt-a çatıb.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə Qlobal Külək Enerjisi Konsulluğunun (Global Wind Energy Council - GWEC) “Qlobal Külək Hesabatı”nda bildirilir.
Hesabata görə, ötən il qlobal külək enerjisi gücünə quruda 72 499 MVt; dənizdə isə 21 106 MVt olmaqla toplam 93 605 MVt yeni güc əlavə olunub.
Hesabat dövründə quruda ən çox külək enerjisi gücü 37 352 MVt-la Asiya-Sakit okean bölgəsində quraşdırılıb. İkinci yerdə 19 243 MVt güclə Amerika, üçüncü yerdə isə 14 095 MVt-la Avropa ərazisidir.
Dənizdə ən çox külək enerjisi gücü 17 788 MVt-la yenə Asiya-Sakit okean bölgəsində quraşdırılıb. Avropada isə bu güc 3 317 MVt-dır.
Rəylər (0):