Hindistan ən böyük üzən günəş elektrik stansiyasını istifadəyə verib

image

Hindistanın enerji şirkəti "Tata Power", ölkənin cənubundakı Kerala əyalətində ən böyük üzən günəş fotovoltaik elektrik stansiyasını işə saldığını bildirib.

"Berpaolunanenerji.az" xarici KİV-ə istinadən xəbər verir ki, stansiyanın gücü 101,6 MVt-dır.

350 hektar ərazidə yerləşən sistem suyun dibinə 20 metr dərinliyə bərkidilib.

"Tata Power"in törəmə şirkəti olan "Tata Power Solar Systems" tikinti zamanı dərinlik fərqləri, qabarma-çəkilmə və suyun duzluluğu ilə bağlı problemlərlə üzləşdiyini açıqlayıb.

Üzən günəş stansiyası təhlükəsizlik və nasazlıqların aşkarlanması üçün 24/7 video nəzarətə malik ilk layihələrdən biridir.

Üzən günəş elektrik stansiyaları sənayenin inkişafı üçün perspektivli istiqamətdir. Günəş enerjisinin bu seqmentinin qlobal potensialı bir neçə min qiqavat qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanda Böyükşor gölü üzərində 100 kVt gücə malik üzən fotovoltaik sisteminin 2023-cü ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *