Hindistan günəş panellərinin idxalına məhdudiyyət tətbiq edib

image

Hindistan günəş panellərinin idxalına məhdudiyyət tətbiq etməklə yerli istehsalı gücləndirmək niyyətindədir.

Renewables.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bildirilib ki, birillik yumşalmadan sonra Hindistan günəş panellərinin idxalına qoyulan məhdudiyyəti aprelin 1-dən (bu gündən) bərpa edir ki, bu xarici malların ucuzluğundan şikayətlənən yerli istehsalçıların işini asanlaşdıracaq. Məhdudiyyətlər Baş nazir Narendra Modinin günəş panellərinin yerli istehsalını təşviq etməklə enerji müstəqilliyinə nail olmaq səylərinin bir hissəsidir.

Panel tədarükçülərinin icbari dövlət icazəsi ilə yanaşı, ölkədə günəş enerjisi avadanlıqlarına idxal vergiləri tətbiq edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *