Hindistanda Enerji Saxlanc Həftəsi keçiriləcək

image

Cari ilin 1-5 iyul tarixlərində Hindistanın paytaxtı Yeni Dehlidə "Hindistan Enerji Saxlanc Həftəsi 2024" (IESW) keçiriləcək.

Renewables.az-a verilən məlumata görə, Hindistan Enerji Saxlanc Alyansı (IESA) tərəfindən təşkil olunan qabaqcıl beynəlxalq tədbir çərçivəsində konfrans və sərgi keçiriləcək.

Tədbir bərpa olunan enerji, batareya enerji saxlanc sistemi, yaşıl enerji saxlanc həlləri, elektrikli nəqliyyat vasitələri, enerji doldurma infrastrukturu, yaşıl hidrogen, batareya istehsalı təchizat zənciri və digər sahələrə yönəlmiş Hindistanın ilk B2B şəbəkəsi və biznes tədbiridir.

Tədbirin 30-dan çox ölkəni, 100-dən çox dövlət və özəl tərəfdaşı, 1000-dən çox sənaye liderini, 150-dən çox tərəfdaşı və 30-dan çox ölkədən 10 mindən çox sərgi iştirakçısını əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, Renewables.az IESW-nin media tərəfdaşıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *