IEA: 2050-ci il iqlim hədəfi üçün bərpaolunan enerjidəki artım kifayət deyil

image

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal bərpaolunan enerji gücünün 2026-cı ilə qədər 60 % artacağını açıqlayıb.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Agentliyin dərc olunmuş hesabatında bildirilir.

Hesabata görə, 2050-ci ilə qədər "sıfır emissiya" hədəfinə çatmaq üçün artımın ən azı iki qatına çatması lazımdır.

Bildirilir ki, 2026-cı ildə bərpaolunan enerji gücü 2020-ci ilə nisbətən 60 % və ya 4 milyon 800 min MVt-a yüksələcək. Bu göstərici isə, dünyadakı mövcud fosil yanacaq və nüvə enerjisinin toplam gücünə bərabərdir.

Hesabatda qeyd olunur ki, 2026-ci ilə qədər qlobal elektik enerjisi gücünün 95 %-i bərpaolunan mənbələrdən təmin olunacaq ki, bunun da yarıdan çoxu günəş enerjisinin payına düşəcək. Eyni zamanda, bioyanacağın 4 qatdan çox artmasına ehtiyac duyulur.

Hesabatda bərpaolunan enerji mənbələrinin bu ilin sonunda 290 min MVt-a çataraq rekord nəticə gözlənilir. Bu göstəricinin 55,2 %-i və ya 160 min MVt-nın günəş enerjisindən olacağı proqnozlaşdırılır ki, bu da ötən ilə nisbətən 17 % artım deməkdir. Bərpaolunan enerjinin güc artımını bioenerji, külək və digər mənbələr təmin edəcək.

“Bu ilki 290 QVt gücündəki bərpaolunan enerjinin rekord artımı, yeni bir qlobal enerji iqtisadiyyatının yarandığına bir başqa işarədir”, - IEA-nın direktoru Fateh Birol açıqlamasında bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *