İndoneziya 2030-cu ilə qədər günəş enerjisinin qoyuluş gücünü 4 680 MVt artırmağı hədəfləyir.
"Berpaolunanenerji.az" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Ölkənin enerji naziri Arifin Tasrif, 2030-cu ilə qədər artırmağı planlaşdırılan gücün 51,6 faizini bərpaolunan mənbələrdən olacağını və günəş enerjisi gücünü isə 4 680 MVt artırmağı hədəflədiklərini açıqlayıb.
Qeyd edək ki, İndoneziya 2019-2028-ci illər arası günəş enerjisini 908 MVt, bərpaolunan enerji gücünü isə ümumi gücün 30 faizi nisbətində olacağı hədəflənmişdi.
Ölkə 2060-cı ilə qədər karbon emissiyasını sıfıra endirmək, 2030-cu ilə qədər isə bərpaolunan enerji gücünü 25 faizə qaldırmaq niyyətindədir.
Rəylər (0):