Sinqapurun günəş enerjisi şirkəti olan "Sunseap Group" İndoneziyanın Batam şəhərində, dünyanın ən böyük üzən günəş elektrik stansiyasını inşa edəcək.
"Berpaolunanenerji.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Frank Fuan açıqlamasında bildirib.
Onun sözlərinə görə, inşa işlərinə 2022-ci ildə başlanılacaq.
Üzən günəş stansiyası 1600 hektarı əhatə edəcək və 2,2 qiqavat-pik qoyuluş gücünə sahib olacaq.
F.Fuan üzən günəş stansiyasının şəhərətrafı ərazilərdə bərpaolunan enerjidən istifadədə yaranan ərazi problemini aradan qaldıracağını qeyd edib.
"Sunseap Group" şirkəti açıqlamasında stansiyadan istehsal edilən enerjinin bir hissəsinin Sinqapura ixrac ediləcəyini də bildirib.
Rəylər (0):