İngiltərənin “Elgin Energy” şirkəti 50 günəş enerji layihəsinin inşa işlərini tamamlamaq üçün Almaniyanın “Berenberg” bankından kredit götürəcək.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
Şirkət Birləşmiş Krallıq və İrlandiyadakı 1,360 meqavat-pik gücündə olacaq günəş layihələrinin son mərhələsinin maliyyəsi üçün alman bankından borc alacaq.
Layihələr “Berenberg Green Energy Junior Debt Fund III” çərçivəsində 2022-ci ilin sonlarından başlayaraq maliyyələşdiriləcək.
Qeyd edək ki, “Elgin Energy” 2025-ci ilə qədər 5 000 MVt-dan çox günəş enerjisi layihəsini tamamlamaq niyyətindədir. Şirkət hazırda İngiltərə, Avstraliya və İrlandiyada 3 700 MVt-dan çox layihə gücünə sahibdir.
Rəylər (0):