İran ilk geotermal elektrik stansiyasının istismar vaxtını açıqlayıb

image

İranın Meşkinşəhr ərazisində ölkənin ilk geotermal elektrik stansiyası istismara veriləcək.

"Berpaolunanenerji.az" IRNA-ya istinadən xəbər verir ki, stansiyanın gücü 50 meqavat olacaq.

Bildirilir ki, indiyədək 3 200 metrlik dərinlikdə 11 quyu qazılıb. Onlardan da 7-nə turbin quraşdırılıb və elektrik enerjisi istehsal edilir.

Savalan dağının yamaclarında yerləşən "Meşkinşəhr" geotermal elektrik stansiyası enerji sərfiyyatının pik həddinə çatdığı yay aylarında istismara veriləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *