Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) "Bərpa Olunan Güc Statistikası" (Renewable Capacity Statistics) hesabatı dərc olunub.
"Renewables.az" IRENA-ya istinadla xəbər verir ki, hesabat ingilis, fransız və ispan dillərində ictimaiyyətə təqdim olunub.
Hesabata əsasən, 2022-ci ildə bərpa olunan enerji mənbələrinin (hidroenerji xaric, bərpa olunan hidroenerji daxil olmaqla) qoyuluş gücü 295 QVt və ya 9,6 % artaraq 3 372 QVt olub.
Artımın 90 %-i günəş və külək enerjisinin, 60 %-i isə Asiya ölkələrindən olub. Belə ki, təkcə Çində bu artım 141 QVt təşkil edib.
2022-ci ildə günəş enerjisi gücü 192 QVt (22 %), külək enerjisi gücü 75 QVt (9 %), bərpa olunan hidroenerji 21 QVt (2 %), bioenerji 8 QVt (5 %) artıb. Bu dövrdə geotermal enerjinin qoyuluş gücündə 181 MVt artım müşahidə edilib.
Bərpa olunan enerji mənbələrinin payında bərpa olunan hidroenerji 37 %, günəş 31 %, külək enerjisi 27 % təşkil edib.
Mənbələr üzrə qoyuluş gücləri aşağıdakı kimi təşkil edib:
-
bərpa olunan hidroenerji 1 256 QVt; (hidroenerji 1 393 QVt)
-
külək enerjisi – 899 QVt, o cümlədən quruda 836 QVt, dənizdə 63 QVt;
-
günəş enerjisi – 1 053 QVt, o cümlədən fotovoltaik 1 047 QVt;
-
bioenerji – 149 QVt;
-
geotermal enerji – 15 QVt;
-
dalğa (okean) enerjisi – 524 MVt.
Hesabatda bildirilir ki, ötən il şəbəkədən kənar (off-grid) bərpa olunan enerjinin qoyuluş gücü 13 QVt təşkil edib. Bunun 1,8 QVt-ı hidroenerjinin, 5 QVt-ı günəş fotovoltaik enerjisinin, qalanı isə digər bərpa olunan enerji mənbələrinin payına düşüb.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesabatına əsasən, ötən il qlobal enerjinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 40,2 % təşkil edib.
Hesabata görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 1,339 MVt təşkil edib.
Rəylər (0):