IRENA: Bərpa olunan enerji sahəsində çalışanların sayı 13,7 milyon nəfərə çatıb

image

Dünyada bərpa olunan enerji sahəsində çalışanların sayı 13,7 milyon nəfərdir.

Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) "Bərpa olunan enerji və məşğulluq" hesabatında bildirilir.

2011-ci ildən başlayaraq 13-cü dəfə dərc olunan hesabatda bildirilir ki, qlobal bərpa olunan enerji sahəsində çalışanların sayı 2021-ci illə müqayisədə 1 milyon nəfər artaraq 2022-ci ildə 13,7 milyon nəfər təşkil edib.

Bu sahədə çalışanların 2/3-i Asiya qitəsinin, 41 %-i isə Çinin payına düşür.

Hesabata görə, günəş enerjisi sektorunda işləyənlərin sayı 4,2 milyon nəfər olub ki, bunun da 40 %-ni qadınlar təşkil edib. Bu sektorda (günəş fotovoltaik) çalışan qadınların 17 %-i yüksək idarəetmə, 30 %-i idarəetmə, 32 %-i STEM, 35 %-i qeyri-texniki, 38 %-i texniki, 58 %-i administativ vəzifələrdə işləyib.

Bundan əlavə, külək enerjisi sənayesində çalışanların 21 %-ni qadınlar təşkil edib (neft-qaz sənayesində bu rəqəm 22 %-dir).

Günəş enerjisi sənayesində çalışanların 56 %-i fotovoltaik (PV) texnologiyasında işləyir. Çin, Hindistan, ABŞ, Braziliya, Yaponiyada günəş enerjisi sahəsində çalışanlarının 85 %-i PV texnologiyasında cəmlənib.

Hidroenerji sənayesində işləyənlərin 2,3 % artaraq 2,5 milyon nəfər olub. Bioenerji sahəsində çalışanlar 2,5 milyon nəfər, külək enerjisi sahəsində işləyənlər isə 1,4 milyon nəfər təşkil edib. 

Külək enerjisi sektorunda çalışanların sayına görə Çin, Almaniya, ABŞ, Birləşmiş Krallıq və Braziliya fərqlənib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *