IRENA: Hər il qlobal miqyasda 1 000 qiqavat bərpa olunan enerji gücünün quraşdırılması zəruridir

image

Enerji keçidinin uğurla həyata keçirilməsi və qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması üçün 2030-cu ilə qədər hər il qlobal miqyasda 1000 qiqavat bərpa olunan enerjinin quraşdırılması zəruridir.

Renewables.az xəbər verir ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən hazırlanan Dünya Enerji Keçid Görünüşü 2023 hesabatına əsasən, bərpa olunan enerji qurğularının sürətləndirilməsi üçün fiziki infrastrukturun təmin edilməsi ilə yanaşı, siyasətlər, qaydalar və işçi qüvvəsi lazımdır.

Elektrikləşdirmə və səmərəlilik tətbiqləri qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün ediləcək investisiyalarda transformasiya üçün əsas oyunçular olaraq təyin olunsa da, bərpa olunan enerji, təmiz hidrogen, davamlı biokütlə tətbiqləri bütün sektorlara yayılmalıdır.

Hesabata görə, ötən il bərpa olunan enerjinin gücündə 300 qiqavatlıq artım olsa da, bu məbləğ iqlim hədəflərinə çatmaq üçün yetərli hesab edilmir.

Enerji keçidinin uğurla həyata keçirilməsi və qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması üçün qlobal miqyasda 2030-cu ilə qədər hər il 1000 qiqavat bərpa olunan enerjinin quraşdırılması zəruridir.

IRENA-nın Baş direktoru Françesko La Camera hesabatı dəyərləndirərkən qeyd edib ki, bu məqsədə nail olmaq üçün gücün artırılması ilə yanaşı, enerji təhlükəsizliyinin təmin edilməsi, enerji xərclərinin azaldılması və bərpa olunan enerjinin sənaye miqyasında daxil edilməsi vacibdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *