Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) şəbəkəyə bağlı olmayan (off-grid) bərpa olunan enerji mənbələrinin qoyuluş gücü ilə bağlı hesabat dərc edib.
"Renewables.az" hesabata istinadən xəbər verir ki, 2021-ci ildə dünyada off-grid sistemlərin bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücləri aşağıdakı kimidir:
-
Hidroenerji: 815,034 MVt;
-
Günəş işıqları və günəş ev sistemləri: 415,439 MVt;
-
Günəş işıqları (<11 Vt): 95,872 MVt;
-
Günəş ev sistemləri (11-50 Vt): 151,329 MVt;
-
Günəş ev sistemləri (>50 Vt): 169,428 MVt;
-
Kiçik günəş sistemləri: 472,891 MVt;
-
Günəş nasosları: 669,853 MVt;
-
Günəş nasosları (kənd təsərrüfatı): 654,537 MVt;
-
Günəş nasosları (ictimai su təchizatı): 15,314 MVt;
-
Digər şəbəkədən kənar fotovoltaik sistemlər: 1 369,700 MVt;
-
Bioqaz (elektrik): 40,807 MVt;
-
Digər bərk bioyanacaqlar (elektrik): 3846,710 MVt;
Qeyd edək ki, hesabatda Azərbaycanla bağlı məlumatlar əks olunmayıb.
Rəylər (0):