İşğaldan azad edilmiş Dövlətyarlı kəndində 50 meqavat gücündə günəş elektrik stansiyası tikiləcək

image

İşğaldan azad edilmiş Füzuli rayonunun Dövlətyarlı kəndində xarici investisiya əsasında alternativ enerji həlləri üzrə günəş paneli tarlası salınacaq.

Renewables.az xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcraçı direktorunun müavini Səbuhi Abdullayev deyib.

O bildirib ki, investisiya layihəsində gücü 50 meqavat nəzərdə tutulan bu sahədə 20 daimi iş yeri yaradılacaq. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin ediləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *