Sürix Universitetinin tədqiqatçıları hündürlükdə quraşdırılan üzən günəş enerjisi sistemlərinin ətraf mühitə təsirlərini araşdırıb.
Renewables.az Renewables Now nəşrinə istinadən xəbər verir ki, alimlər dağlıq sularda quraşdırılan üzən günəş sistemlərində enerjinin geri qaytarılma müddətinin cəmi 2,8 il olduğunu müəyyən ediblər.
İsveçrənin Alp dağlarında "Lac des Toules" su anbarında quraşdırılan 448 kVt-lıq üzən günəş sistemi ikitərəfli panellərlə təchiz olunmuş və bir-birinə birləşdirilmiş 35 platformadan ibarətdir.
Tədqiqat müəyyən edib ki, dağlıq və yüksək ərazilərdə inşa edilən üzən günəş sistemləri enerji səmərəliliyi və dayanıqlılıq baxımından alçaq və ya yerə quraşdırılmış sistemlərdən üstündür və digər sistem növləri ilə müqayisədə ətraf mühitə daha az təsir göstərir. Alimlər həmçinin inşa zamanı alüminiumdan istifadənin azaldılmasının ətraf mühitə fayda gətirəcəyini və xərclərin azaldacağını bildirib.
asjdkbfajsdbh f