Kosovo günəş elektrik stansiyasının tikintisi üçün iddiaçıların siyahısını açıqlayıb

image

Kosovonun iqtisadiyyat naziri Artane Rizvanolli Rahovec şəhərində 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üçün altı iddiaçının siyahısını açıqlayıb.

Renewables.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

Məlumata görə, iddiaçılar arasında Türkiyədən 3 şirkət, Almaniya, Fransa, Misir və İsveçrədən 1 şirkət olmaqla ümumilikdə 7 şirkət yer alıb. Belə ki, Türkiyənin "Çalık Qrup", "Limak Holdinq" və "Güriş" şirkətləri, Almaniyanın "Notus", Fransanın "Akuo Energy", Misirin "Elsewedy Electric", İsveçrənin "Orllati" şirkətinin "İsveçrə-Kosovo konsorsiumu" iddiaçılar arasında yer alıb.

Günəş elektrik stansiyasının tikintisi üçün tender 2023-cü ilin iyulunda başlayıb. Bu, Kosovonun ilk bərpa olunan enerji auksionudur və 160-dan iddiaçını özünə cəlb edib. Stansiya ictimai torpaqda tikiləcək və milli bazar operatoru "Kostt" ilə 15 illik Enerji alqı-satqısı müqaviləsi əsasında qalib iddiaçıya 30 ilə qədər icarəyə veriləcək.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) rəqəmləri göstərir ki, Kosovonun günəş enerjisi üzrə qoyuluş gücü cəmi 10 MVt-dır. Ölkə 2026-cı ilə qədər 400 MVt gücündə bərpa olunan enerji layihələrini icra etməyi hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *