Külək enerjisi 2023-cü ildə ilk dəfə Avropada qaz stansiyalarını geridə qoyub – Ember

image

Külək enerjisi istehsalı keçən il ilk dəfə olaraq Avropada qaz stansiyalarını geridə qoyub, regionda karbon emissiyaları azalıb.

Renewables.az xəbər verir ki, bu barədə "Ember" analitik mərkəzinin hesabatında bildirilir.

"Ember"in hesabatına görə, Avropanın qalıq yanacaq enerjisi istehsalı 2023-cü ildə illik müqayisədə 19 % azalıb ki bu da rekord azalmadır. Qazla işləyən stansiyaların istehsalı 15 %, kömür elektrik istehsalı isə 26 % azalıb.

Eyni zamanda, külək enerjisi 13 % artaraq Avropanın ümumi elektrik enerjisinin 18 %-ni təşkil edib.

Hesabatda göstərilir ki, qalıq yanacaq enerjisinin azalması, bərpa olunan mənbələrin və nüvə istehsalının artması enerji sektorundan karbon emissiyalarının 19 % azalmasına səbəb olub.

Məlumatlara görə, qaz stansiyaları 2023-cü ildə Avropanın elektrik enerjisinin 16,8 %-ni, kömür isə 12,3 %-ni təmin edib. Hidroenerji istehsalı 11,8 %, günəş enerjisi istehsalı isə 9,1 % təşkil edib.

Ümumilikdə bərpa olunan enerji mənbələri 2023-cü ildə enerji payının 44 %-ni təşkil edərək rekord səviyyəyə yüksəlib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *