Külək enerjisi sektorunun 2026-cı ilə qədər 570 min işçiyə ehtiyacı var

image

Qlobal Külək Təşkilatı (GWO) və Qlobal Külək Enerjisi Birliyi (GWEC) tərəfindən hazırlanan "Qlobal Külək İşçi qüvvəsi Görünüşü 2022-2026" hesabatına görə, quruda və dənizdə külək enerjisi sektorunda mütəxəssislərə ehtiyac artır.

"Berpaolunanenerji.az" hesabatda dərc olunan məlumatlara istinadən xəbər verir ki, dünya miqyasında külək enerjisi sektoruna təxminən 570 min texnik, inşaatçı və digər vəzifələrdə işçilər cəlb edilməlidir.

Hesabata görə, külək enerjisinin qoyuluş gücü hədəflərinə çatmaq üçün hər il 30 min işçinin sektora cəlb edilməsi lazımdır.

Ötən il külək enerjisinin qoyuluş gücü 94 giqavata çatıb. İllik qoyuluş gücü artımının isə 2026-cı ilə qədər hər il 128,8 giqavat olması gözlənilir.

GWEC, 5 ilin sonunda qlobal külək enerjisi qoyuluş gücünün 1 394 giqavata çatacağını proqnozlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *