Dövlət Məşğulluq Agentliyi tərəfindən fotovoltaik kursunun qeydiyyatına başlanılır.
Bu barədə "Berpaolunanenerji.az" Agentliyə istinadən xəbər verir.
Bakı Peşə Hazırlığı Mərkəzinin nəzdində keçiriləcək kurs müddətində iştirakçılara günəş texnologiyasının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və qurulmasına dair müasir biliklər aşılanacaq. Bu biliklər həm sistemin qurulmasını öyrədəcək, həm də planlama mərhələsində qabaqlayıcı tədbirlər görməyə və səhvlərdən qaçınmağa imkan verəcək.
Qeydiyyat müddəti: 14.03.2022 – 15.04.2022
Kursu müvəffəqiyyətlə bitirib imtahanı keçən şəxslərə Dövlət Məşğulluq Agentliyi və HVAC firması tərəfindən sertifikat təqdim olunacaq.
Salam.Günəş panelləri kursuyla maraqlanıram.Yenə olacaqmı?Zəhmət olmasa məlumat verərdiniz.
Kurslar davam edirsə qatılmaq istərdim