Danimarkanın bərpa olunan enerji şirkəti "European Energy" enerji şirkəti Latviyada 115 MVt qoyuluş gücü olan günəş elektrik stansiyası tikəcək.
Renewables.az-ın xarici mətbuata istinadən məlumatına görə, Latviyanın Saldus bölgəsindəki Broceni şəhəri yaxınlığında tikiləcək stansiya 2025-ci ilə qədər milli elektrik paylayıcı şəbəkəyə qoşulacaq.
Məlumata görə, stansiya 57 min ev təsərrüfatının elektrik enerjisinə olan ehtiyacını qarşılaya biləcək.
Rəylər (0):