Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb

image

Lənkəran Peşə Liseyinin çilingər santexnik qrupu günəş istilik kollektorunun təkmilləşmiş formasını sınaqdan keçirib.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu kollektor günəş enerjisi vasitəsilə çöl şəraitində, 8 selsi dərəcə havada 30 litrə yaxın soyuq suyu 49 selsi dərəcəyə kimi qızdıra bilib.

“Biz tələbələrimiz ilə birlikdə günəş paneli hazırlamışıq. Bu panellər vasitəsilə heç bir enerji sərf olunmadan, yalnız günəş enerjisi ilə soyuq suyu 60-70 dərəcəyə kimi qızdıra bilirik. Hazırladığımız bu panel miniformadadır. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, bu qurğu elektrik və qaz olmayan ərazilərdə quraşdırılaraq təsərrüfatları isti su ilə təmin edə bilir”, - deyə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin çilingər-santexnik qrupunun ustası İdris Əmirov bildirir.

Qeyd edək ki, Lənkəran Peşə Liseyinin mühəndis-pedaqoji heyəti və tələbələrinin ərsəyə gətirdiyi bu kollektorlar artıq sınaqdan keçirilib. Patent alındıqdan sonra isə onların istehsalına başlanılacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *