Lənkəranda günəş paneli ilə təchiz olunan “ağıllı” oturacaqlar hazırlanıb

image

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti və tələbələri günəş paneli ilə təchiz olunan yeni nəsil oturacaqlar hazırlayıblar.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu oturacaqlar avtonom rejimdə axşamlar işıq verməklə yanaşı, müxtəlif funksiyaları da yerinə yetirir.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov bildirir ki, bu “ağıllı” oturacaqları hazırlamaqda əsas məqsəd insanların həyat tərzini asanlaşdırmaqdır: “Günəş paneli ilə təchiz olunan bu oturacaqlar avtonom rejimdə şəhərlərimizi işıqlandırmaqla bərabər, istifadəçilərin mobil cihazlarını da enerji ilə doldura bilər. Bundan əlavə parkda dincələn insanlar üçün daha da faydalı ola biləcək digər tətbiqləri də bu oturacaqlara inteqrasiya etmək niyyətindəyik. Məsələn, oturacaqda əyləşən insan əlini sensor hissəyə qoyduğu zaman nəbzini, ürək döyüntüsünü və təzyiqini ölçə biləcək”.

Qeyd edək ki, bu muasir oturacaqların istehsalı patent alındıqdan sonra reallaşa biləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *