“Litva Azərbaycan ilə enerji sahəsində qarşılıqlı fayda kəsb edən əməkdaşlığın genişləndirilməsində maraqlıdır”.
“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
“Ukraynadakı müharibə Avropa ölkələrini enerji resurslarının tədarük mənbələrinin şaxələndirilməsi imkanları axtarmağa vadar etdi. Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi görürük, bu səbəbdən əmədkaşlığın aktivləşdirilməsində maraqlıyıq. Bundan başqa, Litva Azərbaycana bərpa olunan enerji mənbələri, xüsusilə də günəş enerjisi sahəsində həllər təklif edə bilər”, - Litva Prezidenti bildirib.
Rəylər (0):