Malayziya 30 MVt gücündə üzən günəş enerjisi layihəsi ilə bağlı tenderə başlayıb

image

Malayziyanın TNB dövlət şirkəti ölkənin şərqindəki Çenderoh su anbarında 30 MVt (AC-dəyişən cərəyan) gücündə üzən günəş enerjisi layihəsinin inkişafı üçün tenderə başlayıb.

Renewables.az pv-magazine portalına istinadən xəbər verir ki, tender sənədlərinə əsasən, iddiaçılar 8 dekabr 2023-cü il tarixinədək stansiyanın mühəndislik, satınalma, tikinti və istismara verilməsi üçün öz təkliflərini təqdim etməlidir.

Cənub-Şərqi Asiya ölkəsi Malayziya hökumətin ən son baş planına əsasən, 2030-cu ilə qədər elektrik  enerjisinin 30 %-ni bərpa olunan mənbələrdən əldə etməyi hədəfləyir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) dərc etdiyi ən son məlumatlara görə, Malayziya keçən ilin sonunda təxminən 1,9 QVt quraşdırılmış günəş enerjisi gücünə sahibdir.

Qeyd edək ki, ötən günlərdə Malayziyanın qonşusu İndoneziyada 145 MVt gücündə Cirata üzən günəş elektrik stansiyasının açılışı olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *