Birləşmiş Ərəb Əmirliklərinin BƏƏ “Masdar” şirkəti Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin yaxınlığında Günəş Elektrik Stansiyasının (GES) istismara veriləcəyi vaxtı açıqlayıb.
"Berpaolunanenerji.az"ın əldə etdiyi məlumata görə, şirkətin baş direktoru Məhəmməd Cəmil Əl-Rəmahi bildirib ki, GES-in tikintisinə gələn ay başlanılacaq və 18 ay sonra stansiya istismara veriləcək. Onun sözlərinə görə, tikinti layihəsi qrafik üzrə və uğurla davam etdirilir.
Qeyd edək ki, “Masdar” Yaxın Şərqdə bərpa olunan enerji mənbələrinin işlənməsi sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən biridir.
2021-ci ilin aprel ayında Azərbaycan hökuməti ilə şirkət arasında GES-in tikintisi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri, təxminən, 200 milyon ABŞ dollarıdır.
Rəylər (0):