"Masdar" Ermənistanda 200 MVt gücündə günəş elektrik stansiyası tikəcək

image

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" Ermənistanın günəş enerjisi layihəsi üzrə tenderin qalibi olub.

"Berpaolunanenerji.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət 200 MVt gücündə günəş elektrik stansiyası tikəcək və elektrik enerjisinin bir kilovat-saatını 0,0290 dollardan satacaq.

Obyekt Ermənistanın Talin və Daştədəm icmalarında, günəş radiasiyasının yüksək olduğu və torpağın kənd təsərrüfatı üçün yararsız olduğu ərazidə yerləşəcək.

Layihənin 85 %-i "Masdar"a, 15 %-i isə Ermənistan Dövlət Faiz Fonduna (ANIF) məxsus olacaq.

Elektrik stansiyasına 174 milyon ABŞ dollarına yaxın investisiya qoyulacaq və 500 hektardan çox ərazidə yerləşəcək.

Tender Ermənistanda ümumi gücü 400 MVt olan bərpa olunan enerji layihələrinin inkişafı üçün 2019-cu ilin noyabrında Masdar və ANIF arasında imzalanmış Sazişin əsasən inşa edilir.

Qeyd edək ki, "Masdar" Qaradağda 230 MVt gücündə günəş elektrik stansiyası inşa edəcək. Həmçinin, şirkətlə 1 QVt gücündə külək, 1 QVt gücündə günəş və 2 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin reallaşdırılması üçün müqavilələr imzalanıb.

BƏƏ-nin bərpa olunan enerji istehsalı üzrə aparıcı “Masdar” şirkəti indiyədək müvafiq enerji istehsalına 20 milyard dollardan artıq sərmayə qoyub. Günəş və külək elektrik stansiyalarının inşası üzrə Yaxın Şərqin ən böyük şirkəti dünyanın 40 ölkəsində fəaliyyət göstərir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *