Dünyanın aparıcı təmiz enerji şirkətlərindən biri olan "Masdar", Kot-d'İvuar Respublikasının (Fil Dişi Sahili Respublikası) Mədən, Neft və Energetika Nazirliyi ilə gücü 70 meqavata qədər olan günəş elektrik stansiyasının inkişafının araşdırılması ilə bağlı Anlaşma Memorandumu imzalayıb.
"Renewables.az" xəbər verir ki, bu barədə "Masdar" məlumat yayıb.
Müqavilə Kot-d'İvuar Respublikasının vitse-prezidenti Tiemoko Meyliet Kone-nin iştirakı ilə BƏƏ Nazirlər Kabinetinin üzvü və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində dövlət naziri cənab Şeyx Şaxbut Nahyan Al Nahyan və BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Naziri, COP28-in prezidenti və "Masdar"ın sədri Sultan Əhməd Əl Caber təfərindən imzalanıb.
Qeyd edilir ki, Kot-d'İvuar iqlim dəyişikliyi sazişləri çərçivəsində 2030-cu ilə qədər istixana qazı emissiyalarını 32 faiz azaltmağı və bərpa olunan enerji mənbələrinin payını 45 faizə artırmağı öhdəsinə götürüb. Öz öhdəliklərinə uyğun olaraq, Kot-d'İvuar günəş, su elektrik enerjisi və biokütləni birləşdirən istehsal müəssisələrinin inkişafı üçün baş plan hazırlayıb.
Anlaşma Memorandumu Afrikanın bərpa olunan enerji sahəsinin inkişafına sərmayə qoymaq üçün dövlət və özəl sektor vəsaitlərini cəlb etmək məqsədi daşıyan "Etihad 7" təşəbbüsü çərçivəsində imzalanıb. Müqaviləyə əsasən, "Masdar" ölkədə 50-70 meqavat arası günəş fotovoltaik stansiyalarının inkişafını araşdıracaq.
Rəylər (0):